Efiopiyadan Avropaya Kofe

Qəhvə və avadanlıqlarının satışı

Bəs siz heç dünyada ən çox tüketilen ürünlerden olan kofenin niyə bu qədər sevilməsi haqqında heç düşünmüsünüz ? Necə olur ki bu balaca dənələr hətta bəzi ölkələrin iqtisadiyyatının önəmli bir parçasını təşkil edir ? Kofenin tarixinə qısa bir nəzər salaq. Bugünə qədər hələ kofenin ilk dəfə harda və necə ortaya çıxması haqqında dəqiq məlumat yoxdur. Bunun əvəzinə bir neçə əfsanə mövcuddur ki, onlardan biri də Kaldi adlı bir çobanın keçilərinin hansısa bir ağacın meyvələrini yedikdən sonra həyəcanla tullanıb düşməyə başlamaları, həddindən çox enerjik olmalarını müşahidə etməsi ilə bağlıdır. Daha sonra Kaldi də bu dənələrdən dadır və ürək döyüntülərinin artdığını hiss edir. Beləcə ilk dəfə kafeinin energetik təsiri aşkarlanmış oldu. Amma Kaldi çox güman ki, ilk kofe aludəçisi olmayıb çünki Afrikanın Oromo qəbiləsinin insanları min illərdir kofe ağacının dənəsi və yarpaqları ilə qidalanırlar. Beləcə Afrikada ortaya çıxan kofe Ərəbistan yarımadası, daha sonralar Suriya, Türkiyə və ən nəhayətində 17ci əsrdə əhalisi günlük qidadan çox pivə tüketen, alkoqol və depresiya dumanına bürünən Avropaya gəlib çıxır.

Paylaş

Şərh yaz

Sizin e-poçt ünvanından dərc olunmayacaq. Lazım alanlar qeyd olunur *

X
Yuxarı